...

Azərbaycanda ümumi daxili məhsul 5 faizdən çox artıb

İqtisadiyyat Materials 17 Dekabr 2021 17:14 (UTC +04:00)
Azərbaycanda ümumi daxili məhsul 5 faizdən çox artıb

Bakı. Trend:

2021-ci ilin 11 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul real ifadədə 5,3 faiz, o cümlədən, qeyri neft-qaz sektoru üzrə 6,4 faiz artıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

"Qeyri neft-qaz sənayesində 20,9 faiz, kənd təsərrüfatında 3,8 faizlik iqtisadi artım qeydə alınıb. İqtisadiyyatda məşğulluq səviyyəsi artmaqda davam edir. 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3 faiz, o cümlədən ərzaq məhsulları üzrə 2,7 faiz artıb", - Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd olunur ki, məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr iqtisadiyyatın 2022-ci ildə öz potensialına yaxın səviyyədə artacağını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti