...

Yenilənəbilən enerji sahəsinə investiya yatıran Azərbaycanla əməkdaşlığımız davam edəcək - Haluk Kalyoncu

İqtisadiyyat Materials 22 Dekabr 2021 15:39 (UTC +04:00)
Yenilənəbilən enerji sahəsinə investiya yatıran Azərbaycanla əməkdaşlığımız davam edəcək - Haluk Kalyoncu

Bakı. Humay Ağacanova - Trend:

Yenilənəbilən enerji sahəsinə investiya yatıran Azərbaycanla əməkdaşlığımız davam edəcək.

Trend-in məlumatına görə bunu Azərbaycan - Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Enerji Şurasının rəhbəri Haluk Kalyoncu deyib.

O qeyd edib ki, Azərbaycanla olan qanbağımızdan yaranan münasibətlərimizin iqtisadiyyat sahədə də davam etdirilməsi göz qabağındadır. "

Bu forumu təşkil edən Azərbaycana təşəkkür edirik. Çünki indi keçirilən və hər il keçirilməyə davam edəcək bu forum özəl sektor üçün çox faydalı olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti