...

Valyuta ehtiyatlarımız 53 milyard dolları ötüb - Əli Əsədov

İqtisadiyyat Materials 23 Dekabr 2021 10:06 (UTC +04:00)
Valyuta ehtiyatlarımız 53 milyard dolları ötüb - Əli Əsədov

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün ölkəmizin valyuta ehtiyatları artıq 53 milyard dolları ötüb.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov rəsmi mətbuatda yayımlanan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası təmin edilib, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi üçün mühüm işlər görülüb.

"Gələn ilin əvvəlindən reallaşdırılacaq sosial islahatlar vətəndaşların rifahının daha da yüksəldilməsinə imkan yaradacaqdır. Bu gün ölkəmizin valyuta ehtiyatları artıq 53 milyard dolları ötüb. Bu, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında mühüm amillərdəndir. Azərbaycan regionun iqtisadi güc mərkəzi kimi öz rolunu daha da gücləndirməkdədir" - Baş nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti