...

Qazaxıstandakı vəziyyət fonunda bitkoinin qiyməti ucuzlaşmağa başlayıb

İqtisadiyyat Materials 6 Yanvar 2022 03:41 (UTC +04:00)
Qazaxıstandakı vəziyyət fonunda bitkoinin qiyməti ucuzlaşmağa başlayıb

Bakı. Trend:

Qazaxıstandakı vəziyyət fonunda bitkoinin qiyməti 44,15 min dollara düşüb.

Trend xəbər verir ki, "Bitcoin" gün ərzində 46,99 min dollar qiymətinə satılıb, lakin günortadan sonra ucuzlaşmağa başlayıb.

Bütün dünya kriptovalyuta hasilatı potensialının təxminən 18%-i Qazaxıstanda cəmləşib. Kriptovalyuta ilə bağlı hər hansı fəaliyyət ÇXR-də qeyri-qanuni kimi tanındığından, kriptovalyuta mədənçiliyi üçün təxminən 90 min kompüter Çindən bu ölkəyə köçürülüb.

Qazaxıstanda baş verən etiraz və iğtişaşlar dünyada bitkoin istehsalının 12% azalmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti