...

ASCO gəmiləri Qazaxıstana daşımaları davam etdirir

İqtisadiyyat Materials 6 Yanvar 2022 15:09 (UTC +04:00)
ASCO gəmiləri Qazaxıstana daşımaları davam etdirir

Bakı. Fərid Zöhrabov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri hazırda Qazaxıstan istiqamətində daşımaları davam etdirirlər.

Bu barədə Trend-ə ASCO-un mətbuat katibi Mehman Mehdiyev bildirib.

"ASCO olaraq Qazaxıstanda baş verən prosesləri davamlı izləməkdəyik. Bu istiqamətdə daşımalara hər hansı bir təsir olacağı təqdirdə gedişata uyğun müvafiq qərar qəbul olunacaq", - M. Mehdiyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti