...

Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini

İqtisadiyyat 20 Yanvar 2022 12:20 (UTC +04:00)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini

Bakı. Samir Əli -Trend:

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq.

"İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq. "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyasının özünün infrastruktur tələbləri var. Bu yalnız internetin sürətindən ibarət deyil, dayanıqlı olması da digər şərtlərdən biridir. Bu baxımdan bütün məsələlər kompleks şəkildə həmin ərazilərdə rabitənin bərpası ilə əlaqədar layihədə öz əksini tapıb", - deyə R.Rüstəmov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti