...

Azərbaycan Bolqarıstan üçün perspektiv turizm bazarıdır - Nazir

İqtisadiyyat Materials 2 Fevral 2022 14:22 (UTC +04:00)
Azərbaycan Bolqarıstan üçün perspektiv turizm bazarıdır - Nazir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Bolqarıstan üçün perspektiv turizm bazarıdır. Eyni zamanda azərbaycanlı turistlər də ailəvi istirahət üçün Bolqarıstana üstünlük verirlər.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın turizm naziri Xristo Prodanov Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Bolqarıstanın vacib strateji tərəfdaşıdır.

"Koronavirus böhranı turizm sahəsinə mənfi təsir göstərib, amma biz nəticələrin əldə olunması üçün işimizi davam etdirməliyik", - deyə nazir bildirib.

Öz növbəsində səfir H.Hüseynov bildirib ki, işində başlıca prioritet iki ölkə arasında təmasların möhkəmləndirilməsidir.

"Turizmə gəldikdə isə, hesab edirəm ki, bu, xalqları yaxınlaşdırmaq üçün ən yaxşı vasitədir. Bizim əməkdaşlıq üçün çox imkanlarımız var və hazırda bunun üçün yeganə maneə pandemiyadır", - səfir deyib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti