...

Azərbaycanda kompüter istehsalı artıb

İqtisadiyyat Materials 21 Fevral 2022 20:48 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar ayında 12,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 93,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 50,9 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1000 V-dək gərginli k üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 3,3 dəfə, qəbuledici qurğuları olmayan r adio və televiziya verilişləri aparatlarının istehsalı 2,0 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı isə 8,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti