...

"Azərkosmos"un yeni Nizamnaməsi və strukturu təsdiqlənib

İqtisadiyyat Materials 28 Fevral 2022 19:46 (UTC +04:00)
"Azərkosmos"un yeni Nizamnaməsi və strukturu təsdiqlənib

Bakı. Trend:

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin yeni Nizamnaməsi təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar imzalanıb.

Qərarla “Azərkosmos” publik hüquqi şəxsin yeni strukturu da təsdiqlənib.

***

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan
Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
(bundan sonra – Agentlik) kosmik fəaliyyət sahəsində dövlət
siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu
sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə
və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və
istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan
funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak
edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti
dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində
(bundan sonra – müvafiq sahə) əməkdaşlıq edən publik hüquqi
şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu
Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər
qərarlarını, həmçinin sərəncamlarını və digər normativ hüquqi aktları,
habelə Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını
həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan
fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş
məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
4
1.5. Agentliyin müstəqil balansı, mülkiyyətində ayrıca əmlakı,
xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının
Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət
Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları,
emblemi və loqotipi vardır.
1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh
qismində çıxış edə bilər.
1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – “Azərbaycan Respublikasının Kosmik
Agentliyi (Azərkosmos)”, qısaldılmış halda – Azərkosmos;
1.7.2. ingilis dilində tam halda – “Space Agency of the Republic
of Azerbaijan (Azercosmos)”, ingilis dilində qısaldılmış halda –
Azercosmos.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında
iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.2. müvafiq sahədə tənzimləməni və nəzarəti həyata
keçirmək;
2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.4. peyklər və digər kosmik obyektlər əsasında qurulan
sistemlər vasitəsilə Azərbaycan Respublikasının qlobal informasiya
məkanına inteqrasiyasını genişləndirmək;
2.1.5. kosmik fəaliyyət sahəsində dünyada gedən texnoloji
tərəqqidən Azərbaycan Respublikasının faydalanmasını, sosialiqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün
müxtəlif peyklərin, kosmik texnika və kosmik vasitələrin əldə
olunmasını, idarə edilməsini və istismara verilməsini təmin etmək;
2.1.6. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müxtəlif təyinatlı peyk
şəbəkələrinə qoşulma imkanları ilə təmin etmək;
5
2.1.7. Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində
sahibkarlığı təşviq etmək, möhkəmləndirmək və dayanıqlı inkişafını
dəstəkləmək;
2.1.8. peyklər və peyk sistemləri vasitəsilə peyk rabitəsi,
telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti,
radio və televiziya yayımı, məsafədən qəbuletmə, Yer müşahidə,
zondlama, şəkil çəkmə, kosmik təsvirlər üzrə xidmətləri və digər növ
peyk xidmətlərini təşkil və təqdim etmək;
2.1.9. telekommunikasiya, Yer müşahidə və digər təyinatlı
peyklərin və digər kosmik obyektlərin layihələndirilməsi, istehsalı,
kosmik fəzaya, Yer və səma cisimləri ətrafında orbitə çıxarılması,
səma cisimlərinin səthinə çatdırılması və istismara verilməsi
məqsədilə kosmik aparat, peyk istehsalçısı, buraxılma vasitəsi,
yerüstü sistem və qurğuları, o cümlədən əlaqədar risklərin
sığortalanması məqsədilə sığortaçıları, təkrarsığortaçıları və sığorta
vasitəçilərini seçmək, yaxud belə işlərin yerinə yetirilməsini təşkil
etmək;
2.1.10. peyklərdən, peyk sistemləri və yerüstü qurğulardan
səmərəli istifadəni və kommersiya fəaliyyətini təşkil etmək;
2.1.11. kosmik fəzada olan peykləri və onunla əlaqədar olan
yerüstü peyk idarəetmə sistemlərini istismara qəbul etmək;
2.1.12. məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla,
Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda peyk
xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının satışını
həyata keçirmək, o cümlədən müvafiq satış şəbəkəsini yaratmaq;
2.1.13. peyk idarəetməsi və istismarı, peyk xidmətləri və onların
marketinqi, orbital mövqelərin və əlaqədar radiotezliklərin
koordinasiyası, kosmik operatorlarla əlaqələrin tənzimlənməsi üzrə
kadrların hazırlanmasını təşkil etmək;
2.1.14. müvafiq inkişaf konsepsiyalarında və dövlət
proqramlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə
bağlı tədbirləri həyata keçirmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
6
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf
konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.1.2. kosmik tədqiqatların və onların nəticələrinin ölkədə tətbiq
edilməsinə dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə
Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə
yetirilməsini təmin etmək;
3.1.4. Agentliyin nümayəndəlik və filiallarının, tabeliyindəki digər
qurumların iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və onların
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görmək;
3.1.5. Azərbaycan Respublikasında nano-peyklərin (ümumi
çəkisi 10 kiloqramdan artıq olmayan), mikro-peyklərin (ümumi çəkisi
100 kiloqramdan artıq olmayan), digər növ kiçikhəcmli peyklərin
yığılmasının istehsal güclərini və Yerətrafı aşağı orbitlərə çıxaran
daşıyıcı xidmətləri yaratmaq, pilotlu kosmik uçuşlara hazırlıq
proqramlarının dünya təcrübəsində sınaqdan keçmiş uyğun
hissələrini tətbiq etmək;
3.1.6. orbital mövqelər üzrə radiotezliklərdən, o cümlədən
plandankənar geostasionar peyk şəbəkələrindən istifadə hüquqlarını
əldə etmək;
3.1.7. xarici dövlətlərin kosmik agentlikləri və müvafiq sahədə
digər aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə
istifadə sahəsində və beynəlxalq peyk rabitəsi sahəsində əməkdaşlıq
etmək, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək;
3.1.8. Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota
alınması üçün tədbir görmək;
3.1.9. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini
əlaqələndirmək;
3.1.10. Agentliyin əqli mülkiyyətini idarə etmək və onun
barəsində sərəncam vermək;
3.1.11. Agentliyin işçilərinin sosial müdafiəsi, əmək şəraitinin
yaxşılaşdırılması və əməyin mühafizəsi tədbirlərini həyata keçirmək;
3.1.12. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar
malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları
7
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirmək;
3.1.13. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron
hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.14. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş
qaydada tədbirlər görmək;
3.1.15. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq
normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin
əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün
tədbirlər görmək;
3.1.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
internet saytında yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.17. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və
digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını
təmin etmək;
3.1.18. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin
qorunması üçün tədbirlər görmək;
3.1.19. Agentliyin informasiya təminatını təşkil etmək və onun
təhlükəsizliyini təmin etmək;
3.1.20. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün
tədbirlər görmək;
3.1.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq
sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.22. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması
və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların
həyata keçirilməsində iştirak etmək;
3.1.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
8
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul
olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif vermək;
3.2.2. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması
məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin
müvafiq təcrübəsini öyrənmək;
3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.4. kosmik fəaliyyət, o cümlədən peyk, raketdaşıyıcı
texnologiyaları sahələrində əlaqədar qurumlarla, digər hüquqi
şəxslərlə kommersiya və faydalı elmi-texniki əməkdaşlıq edilməsi,
kosmik sənayenin və kosmik fəaliyyətin nailiyyətlərinin ölkədə tətbiq
edilməsi, kosmik elm və texnikanın, peyk xidmətlərinin, informasiya
texnologiyalarının inkişaf etdirilməsi məqsədilə elmi araşdırmaları
təşviq etmək və dəstəkləmək;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər
və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb
etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar,
müşavirələr, seminarlar keçirmək, digər tədbirləri ölkədə və xaricdə
təşkil etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara
təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.10. kosmik fəaliyyət sahəsində qabaqcıl texnikanın və
texnologiyanın, idarəetmə təcrübəsinin, maddi və maliyyə
ehtiyatlarının cəlb olunması, kosmik layihələrin həyata keçirilməsi
məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak
etmək, xarici dövlətlərin aidiyyəti qurumları, kosmik operatorlar və
peyk operatorları ilə əməkdaşlıq etmək, kosmik layihələri idarə etmək;
3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları
həyata keçirmək.
9
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi
korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3. Agentliyin İdarə Heyəti 3 (üç) üzvdən - Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və
vəzifədən azad edilən İdarə Heyətinin sədri və Nazirlik tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrinin 2 (iki)
müavinindən ibarətdir.
4.4. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir.
4.5. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun
səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini (müavinlərindən biri),
İdarə Heyəti sədrinin müavini olmadıqda isə İdarə Heyəti sədrinin
müəyyən etdiyi digər şəxs icra edir.
4.6. Agentliyin İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.6.1. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.6.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün
Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə
hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.6.3. Agentliyin inkişaf istiqamətləri barədə Nazirliyə təkliflər
vermək, habelə strateji məqsəd və planlarını müəyyən etmək;
4.6.4. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə,
filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.6.5. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.6.6. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqların toqquşmasının istisna olunması qaydasını), habelə
Agentliyin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini,
təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.6.7. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq
etmək;
4.6.8. bu Nizamnamənin 3.1.17-ci yarımbəndində nəzərdə
tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
10
4.6.9. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə
büdcəsinin icrasına nəzarət etmək;
4.6.10. Agentliyin əməyin ödənişi fondunu, işçilərin say həddini
və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına əlavələri,
mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o cümlədən
Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus
digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə
əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.6.11. Agentliyin kənar auditorunu təyin etmək və onun audit
hesabatını qəbul etmək;
4.6.12. kənar auditorun yoxlamalarının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.6.13. Agentlikdə daxili audit bölməsinin və ya daxili auditin
vəzifə və səlahiyyətlərini icra edən bölmənin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə daxili auditorları
vəzifəyə təyin və vəzifədən azad etmək;
4.6.14. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox
hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.6.15. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək
hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.6.16. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.6.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar
qəbul etmək;
4.6.18. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin
səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.
4.7. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin
iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə
Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla,
qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir.
Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.8. İdarə Heyətinin iclaslarının nəticəsi İdarə Heyəti üzvlərinin
imzaladıqları protokolla rəsmiləşdirilir.
4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına
dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və
11
vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3
(üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.
4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak
etməməlidir.
4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti
sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə
bilməz.
4.12. Agentliyin İdarə Heyətinin sədri:
4.12.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil
edir;
4.12.2. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.12.3. İdarə Heyətinin fəaliyyətini təşkil edir;
4.12.4. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.12.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi
olan daxili sərəncam və əmrlər verir;
4.12.6. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.12.7. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.12.8. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.12.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və
işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur
bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və
xərclər smetasını təsdiq edir;
4.12.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
12
4.12.11. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini
əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.12.12. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün
təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.12.13. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir
üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında
iştirak etməyə dəvət edir;
4.12.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və
məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların
mühafizəsi üçün zəruri tədbirlər görür;
4.12.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını
təmin edir;
4.12.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.13. Agentliyin İdarə Heyətinin üzvləri:
4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində
iştirak edir;
4.13.2. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun
iclaslarında baxmaq barədə təkliflər verir;
4.13.3. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması
nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;
4.13.4. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir
bildirir;
4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər
sənədlərlə tanış olur.
4.14. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan
məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl
gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə
müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və
maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondunun məbləği 272605880 (iki
yüz yetmiş iki milyon altı yüz beş min səkkiz yüz səksən) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi
əmlakdan, peyk xidmətlərindən əldə olunan vəsait, fəaliyyətindən
əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən
13
investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən
olunmuş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun istifadə edir.
Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların
fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan
məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada
Agentliyin İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim
edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib
edərək aidiyyəti üzrə təqdim edir və dərc edir.
14
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və
təqdim edir.
7.3. Agentlik idarə, filial və nümayəndəliklərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün
kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
8.1. Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti