...

Cənubi Koreya strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq

İqtisadiyyat Materials 5 Mart 2022 08:10 (UTC +04:00)
Cənubi Koreya strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq

Bakı. Trend:

Koreya Respublikası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar öz strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin şənbə günü dərc etdiyi məlumatda deyilir.

"Bu qərar daxili və beynəlxalq enerji bazarlarını sabitləşdirmək, ABŞ və digər dövlətlərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Enerji resurslarından geosiyasi alət kimi istifadə edilməməlidir”, - sənəddə vurğulanır.

Nazirlik xatırladıb ki, həftənin əvvəlində 31 ölkənin nümayəndələri neft məhsullarının mümkün qıtlığı fonunda öz strateji ehtiyatlarından ümumilikdə 60 milyon barel neft buraxmağa razılaşıblar. Bu həcmin təxminən yarısı ABŞ tərəfindən təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti