...

İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri başlayıb

İqtisadiyyat Materials 10 Mart 2022 12:27 (UTC +04:00)
İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri başlayıb

Bakı. Elnur Bağışov – Trend:

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.

Trend-in məlumatına görə, səfər çərçivəsində R.Qaseminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olacaq.

İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti