...

Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - Səbəb nədir?

İqtisadiyyat Materials 30 Mart 2022 14:38 (UTC +04:00)
Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - Səbəb nədir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Facebook" son bir ayda Azərbaycanın xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllim bildirib ki, "Facebook" əsasən initihar xəbərlərini və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib.

O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.

"Biz bağlanan səhifələrlə bağlı "Facebook"la əlaqə yartsaq da, heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin silinməsi "Facebook" da işləyən düşmənlərimiz tərəfindən məqsədli şəkildə silinə bilər. "Facebook" etdiyimiz müraciətlərə rəsmi cavab vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin eyni gündə bağlanmağını göstərmək olar.

Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı təxribatdır. Əvvəllər "Facebook"un rəsmi dəstək xəttinə (support) müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu. Hazırda isə "Facebook"un rəsmi partnyor şirkətləri vasitəsiyə müraciətlər olunsa da, onlara da cavab verilmir", -deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti