...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 7 Aprel 2022 10:17 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 6-da 108,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 106,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,12 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 104,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,16 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti