...

Azərbaycanda investisiya fəaliyyətinin yeni formaları müəyyən edilir

İqtisadiyyat Materials 7 Aprel 2022 17:53 (UTC +04:00)
Azərbaycanda investisiya fəaliyyətinin yeni formaları müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi formaları müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, investisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər:

- hüquqi şəxslərin yaradılması və yenidən təşkili;

- hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi;

- xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili;

- fərdi sahibkarlıq;

- investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması;

- əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi;

- bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti