...

Ukraynanın ÜDM-i bu il iki dəfəyə yaxın azalacaq - Dünya Bankı

İqtisadiyyat Materials 11 Aprel 2022 03:55 (UTC +04:00)
Ukraynanın ÜDM-i bu il iki dəfəyə yaxın azalacaq - Dünya Bankı

Bakı. Trend:

Ukraynanın ÜDM-i bu il demək olar ki, yarıya qədər azalacaq.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankından bildiriblər.

Ukraynanın cənubundakı Qara dəniz limanlarının blokadası və ölkənin şərqində sənayeyə dəyən ziyana görə, Ukraynanın ÜDM-nin 2022-ci ildə təxminən 45% azalacağı proqnozlaşdırılır.

Dünya Bankı Rusiya iqtisadiyyatının da resessiyaya uğrayacağını bildirib. Rusiyanın ÜDM-nin bu il 11,2%, Moldova, Belarus və Ukrayna da daxil olmaqla Şərqi Avropa ölkələrində istehsalın 30,7% azalacağı proqnozlaşdırılır.

Hesabatda deyilib ki, Rusiya qoşunlarının Qara dənizə çıxışını kəsəcəyi təqdirdə kənd təsərrüfatından çox asılı olan Ukrayna iqtisadiyyatı daha çox zərər çəkə bilər.

Bank Ukraynadakı hadisələrin əlverişsiz ssenarisi təqdirdə Rusiyanın ÜDM-nin 20 faiz, Ukraynanın ÜDM-nin 75 faiz azala biləcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti