...

Azərbaycanda ÜDM-in həcmi 30 milyard manatı ötüb

İqtisadiyyat Materials 14 Aprel 2022 13:50 (UTC +04:00)
Azərbaycanda ÜDM-in həcmi 30 milyard manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 037,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Trend-in məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb.

ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti