...

Bu günədək Bakı, Sumqayıt və Abşeronda identifikasiya edilmiş heyvanların sayı açıqlanıb

İqtisadiyyat Materials 14 Aprel 2022 17:51 (UTC +04:00)
Bu günədək Bakı, Sumqayıt və Abşeronda identifikasiya edilmiş heyvanların sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasının təmin edilməsi tapşırılıb. İdentifikasiyanın həyata keçirilməsində məqsəd hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” nəzarətinə nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılması və tətbiqi üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”na uyğun olaraq müvafiq proqram təminatı hazırlanıb və təlimlər keçirilib

Heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib. Həmin ərazilərdə baytarlıq fəaliyyəti ilə məşğul olan 29 özəl baytar həkimi ilə heyvanların birkalanması və həmin heyvanlar barədə toplanan məlumatları sistemə daxil etmək üçün xidməti müqavilə bağlanılıb. Onlara təlimlər keçirilib, lazım olan avadanlıq və ləvazimatlarla təmin olunublar.

Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndələri və özəl baytar həkimlərin iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində fərdi heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və məlumatların sistemə daxil edilməsi prosesi həyata keçirilib.

Ümumiyyətlə, bu günədək Abşeron rayonu üzrə 20 176 baş, Sumqayıt şəhəri üzrə 3 210 baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu heyvan birkalanıb, təsərrüfat və heyvanlar haqqında məlumatlar heyvanların identifikasiyası və qeydiyyat sisteminə daxil edilib.

Proses davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti