...

Azərbaycanda kompüter istehsalı artıb

İqtisadiyyat Materials 19 Aprel 2022 16:54 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-mart aylarında 42,2 milyon manatlıq məhsul istehsal olunub.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların
istehsalı isə 4,1 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,9 dəfə, 1 k V-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 21,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti