...

Kanadada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

İqtisadiyyat Materials 21 Aprel 2022 08:56 (UTC +04:00)
Kanadada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

Bakı. Trend:

Kanadada illik inflyasiya mart ayında sürətlənərək, Ukrayna böhranı və enerji qiymətlərinin yüksəlməsi fonunda son 30 ilin ən yüksək səviyyəsinə çatıb.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, inflyasiyanın səviyyəsi 6,1 faiz proqnoza qarşı 6,7 faiz təşkil edib.

Artan qiymətləri nəzarətdə saxlamaq üçün Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini 0,5 faiz qaldıraraq indi bir faizə çatdırıb. İnflyasiyanın səbəbləri sırasında pandemiyanın təsirləri, qlobal təchizat zəncirlərinin pozulması, enerji və zəruri malların qiymətlərinin qalxması var.

Kanadada benzinin qiyməti fevral ayına nisbətən 11,8 faiz, keçən ilin eyni dövrü ilə nisbətdə isə 39,8 faiz artıb. Ölkənin statistika xidmətinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri illik müqayisədə 8,7 faiz bahalaşıb. Ən sürətlə artan qiymətlər davamlı istifadə olunan mallar, eləcə də mənzil qiymətləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti