...

Dünya Bankı Ukraynaya iqtisadi yardım üçün 3 milyard dollardan çox vəsait səfərbər edib

İqtisadiyyat Materials 22 Aprel 2022 03:16 (UTC +04:00)
Dünya Bankı Ukraynaya iqtisadi yardım üçün 3 milyard dollardan çox vəsait səfərbər edib

Bakı. Trend:

Dünya Bankı (DB) Ukraynanın əsas dövlət xidmətlərinin fəaliyyətini təmin etmək üçün ona iqtisadi yardım göstərmək üçün 3 milyard dollardan çox vəsait səfərbər edib.

Trend-in məlumatına görə, bu barədə kredit təşkilatının prezidenti Devid Malpas Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyasında müzakirələr zamanı deyib.

"Biz hazırda Ukrayna üçün əsas dövlət xidmətlərinin fəaliyyətini davam etdirmək üçün 3 milyard dollardan çox səfərbər etmişik", - deyə o bildirib.

DB rəhbərinin sözlərinə görə, bu, ABŞ, Böyük Britaniya, Norveç, Danimarka, Avstriya, Latviya, Litva, İslandiyadan xüsusi fonda təmənnasız ianələr, həmçinin Böyük Britaniya, Niderlanda və İsveçin zəmanətləri və Yaponiyadan parallel maliyyələşdirmə hesabına həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti