...

İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada müzakirə keçirilib

İqtisadiyyat Materials 28 Aprel 2022 09:49 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada müzakirə keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə “Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda keçirilib.

Trend-in məlumatına görə, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Turizm Agentliyinin və turizm sahəsində fəaliyyət göstərən assosiasiya və ictimai birliklərin nümayəndələri iştirak edib.

Görüşdə turizm sektorunda mövcud vəziyyət, bu sahəyə dövlət dəstəyi tədbirləri, sahibkarların qarşılaşdığı məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasda bildirilib ki, müzakirələrdə səsləndirilən təkliflər araşdırılacaq və aidiyyəti qurumlara təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti