...

"Apple" şirkətinin rüblük gəliri 97 milyard dolları ötüb

İqtisadiyyat Materials 29 Aprel 2022 06:53 (UTC +04:00)
"Apple" şirkətinin rüblük gəliri 97 milyard dolları ötüb

Bakı. Trend:

"Apple" şirkətinin gəliri ötən rübdə illik müqayisədə 9% artıb.

Trend xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi hesabatda əks olunub.

Martın 26-da başa çatan üç aylıq hesabat dövründə "Apple" 97,278 milyard dollar gəlir əldə edib.

Ötən rübdə xalis mənfəət 25,01 milyard dollar təşkil edib.

Şirkətin maliyyə göstəriciləri ekspertlərin gözləntilərini üstələyib. "iPhone" smartfonları "Apple"-in əsasə gəli mənbəyi olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti