...

Azərbaycan qarşısına Qarabağı sıfır tullantı zonasına çevirmək məqsədi qoyub - Nazir

İqtisadiyyat Materials 6 May 2022 11:19 (UTC +04:00)
Azərbaycan qarşısına Qarabağı sıfır tullantı zonasına çevirmək məqsədi qoyub - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın erməni işğalından azad edilməsi kənd təsərrüfatının inkişafına təkan verdi.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

"Qarabağın Ermənistan tərəfindən işğalı bu bölgədə kənd təsərrüfatı sektorunun çökməsinə gətirib çıxardı", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün qarşıya Qarabağı sıfır tullantı zonasına çevirmək məqsədi qoyub.

"Bunun üçün Azərbaycan "yaşıl" iqtisadiyyatın, ekoloji qəsəbə və şəhərlərin yaradılması üzrə addımlar atır" - deyə M.Babayev bildirib.

Nazir əlavə edib ki, FAO ilə əməkdaşlıq artıq mühüm nəticələr verib və məhsuldar əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti