...

Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 10 May 2022 17:52 (UTC +04:00)
Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb.

QSC-dən Trend-ə bildirilib ki, toplantıdan öncə Beynəlxalq Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti