...

Rumıniya Qara dəniz vasitəsilə Cənubi Qafqazla nəqliyyat əlaqələri qurmaq istəyir - XİN (Özəl)

İqtisadiyyat Materials 3 İyun 2022 23:38 (UTC +04:00)
Rumıniya Qara dəniz vasitəsilə Cənubi Qafqazla nəqliyyat əlaqələri qurmaq istəyir - XİN (Özəl)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Qara dəniz vasitəsilə Cənubi Qafqaz istiqamətində nəqliyyat əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.

Bu barədə Trend-ə Rumıniyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar 2019-cu ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistanın iştirakı ilə Qara dənizlə Xəzər dənizi arasında yükdaşıma marşrutunun yaradılması ilə bağlı irəli sürülən təşəbbüs böyük əhəmiyyət kəsb edir.

"Daha geniş regional kontekstdə mühüm rol oynaya biləcək bu layihəni həyata keçirmək üçün biz tərəfdaşlarımızla işləyirik", - deyə XİN-dən bildiriblər.

Nazirlik Rumıniyanı Cənubi Qafqaz ölkələri ilə birləşdirəcək fiber-optik kabel xəttinin çəkilməsinin vacibliyini də vurğulayıb.

"Bu kabel xətti Rumıniya ilə Cənubi Qafqaz regionu arasında məlumat mübadiləsinin inkişafına müsbət təsir göstərəcək", - deyə XİN-dən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti