...

Bəzi aktiv mayalara idxal gömrük rüsumu tətbiq olunacaq

İqtisadiyyat Materials 14 İyun 2022 19:57 (UTC +04:00)
Bəzi aktiv mayalara idxal gömrük rüsumu tətbiq olunacaq

Bakı. Trend:

Aktiv mayalardan maya kulturaları, quru və çörəkçilik mayaları istisna olmaqla, digərlərinə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bundan əvvəl maya kulturaları, quru və çörəkçilik mayaları ilə bərabər digər aktiv mayalara da idxal gömrük rüsumu tətbiq olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti