...

Rusiya Azərbaycanın üçüncü ən iri ticari-iqtisadi tərəfdaşıdır - Ceyhun Bayramov

İqtisadiyyat Materials 24 İyun 2022 13:29 (UTC +04:00)
Rusiya Azərbaycanın üçüncü ən iri ticari-iqtisadi tərəfdaşıdır - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanın üçüncü ən iri ticari-iqtisadi tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Bizim gündəmdə duran məsələləri müzakirə etmək imkanımız oldu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığa diqqət ayrıldı. Koronavirus pandemiyası ilə bağlı davam edən mənfi effektə baxmayaraq, 2021-ci ilin nəticələri məmnunluqla qeyd olundu", - nazir deyib.

Onun sözlərinə görə, ötən il Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi 12 faiz artaraq 3 milyard dolları ötüb.

"Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə bilavasitə iqtisadi əlaqələrə malikdir, eyni zamanda Rusiya Azərbaycanın üçüncü ən iri ticari-iqtisadi tərəfdaşıdır", - C.Bayramov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti