...

Esenboğa aeroportundan uçuşların sayı artıb

İqtisadiyyat Materials 18 İyul 2022 13:37 (UTC +04:00)
Esenboğa aeroportundan uçuşların sayı artıb

Bakı. Trend:

2022-ci ilin iyun ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artaraq 41 min 233 ton təşkil edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq, 26 min 728 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,49 dəfə artaraq, 14 min 505 ton təşkil edib.

Bu ilin iyun ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 62 faiz artaraq, 3 milyon 905 min 235 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 48 faiz artaraq 3 milyon 141 min 660 nəfər, beynəlxalq reyslər üzrə isə 1,75 dəfə artaraq 763 min 575 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq, 33 min 616 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 24 faiz artaraq 25 min 818, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 7 min 798 olub.

2022-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 75 milyon 91 min 175 nəfər, yük dövriyyəsi isə 1 milyon 767 min 514 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti