...

Altı ayda 160 min nəfərə pensiya, müavinət və ya təqaüd təyin olunub

İqtisadiyyat Materials 23 İyul 2022 16:25 (UTC +04:00)
Altı ayda 160 min nəfərə pensiya, müavinət və ya təqaüd təyin olunub

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun "Facebook" səhifəsində bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti