...

KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək (FOTO)

İqtisadiyyat Materials 1 Avqust 2022 16:48 (UTC +04:00)
KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

Avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, iclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti