...

Azərbaycanda bu il sərnişin daşımalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 3 Avqust 2022 18:25 (UTC +04:00)
Azərbaycanda bu il sərnişin daşımalarının həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində nəqliyyatçılar 762,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,6 faizi avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 660,2 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 22,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti