...

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malikdir - Ekspert

İqtisadiyyat Materials 29 Avqust 2022 14:22 (UTC +04:00)
Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malikdir - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malikdir.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, Laçın rayonu hər zaman kənd təsərrüfatının istehsalı ilə tanınıb.

"Laçın rayonu arıçılıq, heyvandarlıq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Rayonun böyük turizm potensialı da var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək.

Ekspert qeyd edib ki, Laçında hava limanının inşası regionun və iqtisadi zonanın inkişafına böyük təkan verəcək.

"Belə ki, hava limanının inşası həmin bölgəyə investisiya imkanlarını artıracaq və turizm imkanlarını genişləndirəcək. Gələcəkdə yerli sahibkarların məhsullarının digər regionlara çatdırılması üçün mühüm əhəmiyyəti olacaq. Hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyinin göstəricisidir", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti