...

Bu il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4,4 milyard manat ödənilib

İqtisadiyyat Materials 8 Sentyabr 2022 10:27 (UTC +04:00)
Bu il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4,4 milyard manat ödənilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 mln. manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti