...

Türkiyədən Gürcüstana ixrac edilən dəri məhsullarının həcmi artıb

İqtisadiyyat Materials 9 Sentyabr 2022 10:17 (UTC +04:00)
Türkiyədən Gürcüstana ixrac edilən dəri məhsullarının həcmi artıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 62,9 faiz artıraraq 10 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Avqust ayında Türkiyə Gürcüstana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,4 dəfə artıraraq 2,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 190,95 milyon dollara bərabər olub.

Bu ilin yanvar-avqust ayında Türkiyə 1,3 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-avqust ayları ilə müqyisədə 21,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021-avqust 2022) Türkiyə 1,96 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti