...

DSMF-nin xərcləri 6,2 faiz artıb

İqtisadiyyat Materials 15 Sentyabr 2022 11:05 (UTC +04:00)
DSMF-nin xərcləri 6,2 faiz artıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

DSMF-dən Trend-ə verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub.

DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti