...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri açıqlanıb

İqtisadiyyat Materials 1 Oktyabr 2022 18:00 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz
artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti