...

“PAŞA Həyat” və “İRS” nəşriyyat evi 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində (FOTO)

İqtisadiyyat Materials 6 Oktyabr 2022 16:22 (UTC +04:00)
“PAŞA Həyat” və “İRS” nəşriyyat evi 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində (FOTO)

5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “Baku International Book Fair 2022” - 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində “PAŞA Həyat” və “İRS” nəşriyyat evi birgə əməkdaşlıq çərçivəsində nəşr edilmiş kitablarla təmsil olunur.

Məlumat üçün bildirək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə fəaliyyəti nəticəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə” kitablarıdır.

Qeyd edək ki, “Baku International Book Fair 2022” kitab sərgisində fərqli ölkələrdən 150-yə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edir. Əlavə olaraq sərgi zamanı müxtəlif yeni kitab təqdimatları, seminarlar, imza saatları, tamaşalar, nağıl və poeziya saatları kimi əlavə tədbirlər yer alır.

“PAŞA Həyat” şirkətinin fəaliyyətində yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına dəstək göstərilməsi və bu tipli məhsullar ilə ölkəmizin dünyada tanıdılması və təbliği xüsusi yer tutur. “PAŞA Həyat” şirkəti korporativ sosial məsuliyyət fəaliyyətinə daim diqqət ayırır və bu tip sərgilərdə iştirakı və cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqinə olan qatqısı ilə qürur duyur.

Sərgi haqqında ətraflı məlumat burada.

Xəbər lenti

Xəbər lenti