...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 7 Oktyabr 2022 10:11 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 99,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 96,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti