...

Energetika naziri Gürcüstana səfər edib

İqtisadiyyat Materials 7 Oktyabr 2022 15:22 (UTC +04:00)
Energetika naziri Gürcüstana səfər edib

Bakı. Trend:

Oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti