...

Dövlət Xidməti 9 düyü şirkətində araşdırmalara başlayıb

İqtisadiyyat Materials 11 Oktyabr 2022 11:51 (UTC +04:00)
Dövlət Xidməti 9 düyü şirkətində araşdırmalara başlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyektində araşdırmalara başlanılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, araşdırma aparılan şirkətlər "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC və "Azərsun Holding" Şirkətlər Qrupuna daxil olan "Sun Food" MMC olub.

Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti