...

Sentyabr ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

İqtisadiyyat Materials 14 Oktyabr 2022 11:17 (UTC +04:00)
Sentyabr ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

Bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 516 gəmi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 839, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 min 677 olub.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 43 min 156 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 29 min 346, Türkiyə bayrağı altında olan gəmilər isə 13 min 810 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə limanları 2021-ci ildə ümumilikdə 51 199 gəmi qəbul edib.
Bunlardan 36 079-u digər ölkə bayrağı altında, 15 120-si isə Türkiyə bayrağı altında olan gəmilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti