...

İl boyu Xorvatiyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 800 min tonu ötüb

İqtisadiyyat Materials 18 Oktyabr 2022 12:20 (UTC +04:00)
İl boyu Xorvatiyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 800 min tonu ötüb

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Xorvatiyadan Türk limanlarına 830 min 602 ton yük daşınıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 23 min 809 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 629 min 666 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 177 min 127 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Xorvatiyadan 1 milyon 354 min 642 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub.

Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti