...

Yanvar-sentyabr aylarında Çindən Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 19 Oktyabr 2022 09:14 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Çindən Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Çindən Türk limanlarına 9 milyon 239 min 62 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 36 min 655 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 9 milyon 17 min 842 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 184 min 565 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Çindən 1 milyon 804 min 202 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub.

Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti