...

Kiçik və orta biznes üçün Qarabağda böyük imkanlar yaradılır - Orxan Məmmədov

İqtisadiyyat Materials 19 Oktyabr 2022 11:24 (UTC +04:00)
Kiçik və orta biznes üçün Qarabağda böyük imkanlar yaradılır - Orxan Məmmədov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlar, şirkətlər üçün, xüsusilə kiçik və orta biznes üçün Qarabağda böyük imkanlar yaradılır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, builki sərgilərə maraq böyükdür, daha çox şirkət və sahibkar iştirak edir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda irimiqyaslı tikinti və quruculuq işləri görülür. Əlbəttə ki, bu, sahibkarlar, şirkətlər üçün, xüsusilə kiçik və orta biznes üçün həmin layihələrdə iştirak etməyə daha böyük imkanlar yaradır. Dövlət bunun üçün bütün şəraiti yaradır. KOBİA-nın dəstəyi ilə keçirilən belə beynəlxalq və yerli sərgilərdə şərait yaranır ki, şirkətlər və sahibkarlar öz məhsullarını təqdim eləsinlər", - agentlik sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti