...

Energetiklərin peşə bayramı qeyd olunub (FOTO)

İqtisadiyyat Materials 20 Oktyabr 2022 19:18 (UTC +04:00)
Energetiklərin peşə bayramı qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 20 oktyabr – Energetiklər Günü qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və energetiklər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdiriblər.

Xaçmaz Rayon İcra Haklimiyyətinin başçısı Elnur Rzayev bu əlamətdar gün münasibətilə energetikləri təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb.
İcra başçısı ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilməsini dövlətin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib.

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, elektroenergetika sektorunun modernləşməsi və dünyada cərəyan edən qlobal dəyişikliklərə, yeni çağırışlara uyğun inkişaf etdirilməsi energetikləri qarşısında duran başlıca vəzifələrdir.

Energetiklər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların müraciət və təkliflərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti