...

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

İqtisadiyyat Materials 21 Oktyabr 2022 10:08 (UTC +04:00)
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bakı. Trend:

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22401,4 milyon manat və ya doqquz aylıq proqnoza qarşı 418,6 milyon manat (1,9 faiz) çox icra olunub.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4529,8 milyon manat və ya 25,3 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10451,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097,0 milyon manat və ya 64,5 faiz çoxdur. Daxilolmaların 59,2 faizi və yaxud 6191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498,9 milyon manat və ya 31,9 faiz çox olub.

Daxilolmaların qalan 40,8 faizi və yaxud 4259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598,1 milyon manat və ya 2,6 dəfə çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti