...

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün böyük imkanlar yaradır - Pakistanlı ekspert

İqtisadiyyat Materials 24 Oktyabr 2022 12:19 (UTC +04:00)
Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün böyük imkanlar yaradır - Pakistanlı ekspert
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi Azərbaycana və ölkənin iqtisadi inkişafına qlobal diqqəti gücləndirəcək.

Bunu Trend-ə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

Onun sözlərinə görə, dəhlizin açılması yeni iqtisadi əlaqələrin qurulması, regional nəqliyyat və kommunikasiya xətlərinin yaradılması üçün stimul olacaq, həmçinin qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığı gücləndirəcək.

"Dəhliz böyük geosiyasi əhəmiyyətə malikdir və regionun nəqliyyat əlaqələri strukturuna potensial təsir göstərəcək. Beləliklə, bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, İran, Gürcüstan, Türkiyə və Rusiya üçün böyük imkanlar yaradacaq", - deyə o bildirib.

Pakistanlı ekspert əlavə edib ki, Qarabağda ikinci beynəlxalq hava limanı olan Zəngilan aeroportunun tikintisi iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O bildirib ki, "Zəngəzur dəhlizi" təşəbbüsünün tərkib hissəsi olan hava limanı tranzit ticarətinin genişləndirilməsi üçün böyük potensiala malikdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti