...

Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

İqtisadiyyat Materials 25 Oktyabr 2022 18:14 (UTC +04:00)
Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Bakı. Trend:

2022-ci ilin sentyabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1,15 dəfə artaraq, 3 milyon 876 min 720 nəfər olub.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 27 faiz artaraq 1 milyon 412 min 501 nəfər, beynəlxalq reyslər üzrə isə 2,56 dəfə artaraq 2 milyon 464 min 219 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,61 dəfə artaraq 47 min 782 ton təşkil edib. Bununla yanaşı, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 12 min 162 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3,55 dəfə artaraq, 35 min 619 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq, 35 min 727 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq 18 min 172, beynəlxalq reyslər üzrə isə 2,16 dəfə artaraq 17 min 555 olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti