...

Türkiyənin İstanbul limanına daşınan yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Oktyabr 2022 09:11 (UTC +04:00)
Türkiyənin İstanbul limanına daşınan yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin İstanbul limanı 765 min 577 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 28 min 16 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 737 min 561 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin İstanbul limanından 189 milyon 514 min 861 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti