...

Azərbaycanda ilin sonunadək inflyasiyanın artımı istisna olunmur - Mərkəzi Bank

İqtisadiyyat Materials 28 Oktyabr 2022 11:24 (UTC +04:00)
Azərbaycanda ilin sonunadək inflyasiyanın artımı istisna olunmur - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sonunadək inflyasiyanın artmasını istisna etmir.

Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, sentyabr ayında Azərbaycanda inflyasiya 15,6 faiz, baza inflyasiya 14,1 faiz, qida inflyasiyası 21,8 faiz, qeyri-qida inflyasiyası 10,5 faiz, xidmətlər sektorunda inflyasiya 11,4 faiz təşkil edib.

"İstehsalçıların 20 faizi inflyasiyanın artımını gözləyir. Hesab edirik ki, Azərbaycanda inflyasiyanın artımı idxalla əlaqəlidir. İlin sonunadək inflyasiyanın artımını gözləyirik", - deyə T.Kazımov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti